Rusiyanın Maqadan vilayətində güclü qar yağıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, iyunda qar sürprizi ilə üzləşən sakinlər görüntüləri telefonla lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Qeyd olunub ki, bir neçə gün əvvəl Maqadan vilayətinin bəzi yerlərində havanın temperaturu müsbət 25 dərəcəyə qədər yüksəlib.