Modern.az

10-cu siniflərə qəbul imtahanı keçirilir

10-cu siniflərə qəbul imtahanı keçirilir

Aktual

12 İyun 2022, 09:28

İyunun 12-si saat 10:00-da “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul imtahanı keçiriləcək.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qeydiyyatdan keçən bütün şagirdlərə imtahan barədə ətraflı məlumat (məkan, tarix və s.), həmçinin imtahan zamanı istifadə edilməli olan “Alqoritmika” platforması üçün yeni istifadəçi adı və şifrə elektron poçt ünvanlarına və təhsil aldıqları məktəblərin direktorlarına təqdim olunub.

 

Qəbul imtahanları ölkə üzrə öncədən müəyyən edilmiş imtahan mərkəzlərində (ayrı-ayrı məktəblərdə) keçiriləcək. Şagirdlər imtahan verəcəyi məkana saat 09:30-da gəlməlidirlər. Qəbul imtahanının onlayn platforma üzərindən keçirilməsi səbəbindən şagirdlər platformaya daxil olmaq üçün istifadəçi adı (login) və şifrə (parol) məlumatlarını çap edib özləri ilə imtahana gətirməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı