Modern.az

Olimpiyaçılarımız Estoniyada qalib oldular

Olimpiyaçılarımız Estoniyada qalib oldular

Aktual

12 İyun 2022, 09:51

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət futbol komandası Estoniyanın Vilyandi şəhərində keçirilən beynəlxalq futbol turnirinin qalibi olub.

 

Modern.az xəbər verir ki, turnirin ikinci günündə qrup oyunlarında Belçikanı 4:0 və Macarıstanı 3:1 hesabı ilə məğlub edən komandamız divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb.

 

Final mərhələsində Litva yığması ilə qarşılaşan xüsusi olimpiyaçılarımız 3:0 hesablı qələbə qazanaraq çempion adına layiq görülüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı