Modern.az

Fransada parlament seçkiləri keçirilir

Fransada parlament seçkiləri keçirilir

Aktual

12 İyun 2022, 09:50

Fransada Milli Assambleyaya seçkilərin birinci turu keçirilir.

 

Modern.az xəbər verir ki, səsvermə hüququ olan 48 milyon Fransa vətəndaşı parlamentin aşağı palatasında 577 deputatı seçməlidir.

 

Səsvermə Fransanın əsas ərazisində 08.00-dan 20.00-dək keçiriləcək. Saat fərqinə görə Dənizaşırı ərazilərdə səsvermə dünən başa çatsa da, nəticələr bu axşam elan ediləcək.

 

Səsvermənin ikinci turu iyunun 19-na təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!