Modern.az

Almaniya kansleri Kiyevə gedəcək

Almaniya kansleri Kiyevə gedəcək

Aktual

12 İyun 2022, 11:30

Almaniya kansleri Olaf Şolts Kiyevə səfər edəcək. Kansler artıq bununla bağlı qərarını verib.

 

Modern.az xəbər verir ki, Olaf Şolts Almaniyanın iyunun sonunda ev sahibliyi edəcəyi G7 sammitindən əvvəl Kiyevə səfər etməyi planlaşdırır. 

 

Həmçinin, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə birgə səfərin mümkünlüyü müzakirə olunub.

 

Paris və Berlin hökumətlərinin bir müddətdir ki, Kiyevə birgə səfərlə bağlı danışıqlar apardığı iddia edilir. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı