Türkiyədə 25 mərtəbəli yaşayış binasında yanğın olub.
Modern.az xəbər verir ki, hadisə Diyarbəkir əyalətində qeydə alınıb.
Məlumata görə, Yenişehir rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın zamanı 15 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım briqadaları, xilasedicilər və polis əməkdaşları cəlb edilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Xəsarət alan daha 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.