Modern.az

"Formula 2"də qaliblər mükafatlandırıldı

Aktual

12 İyun 2022, 13:07

Azərbaycan Qran-prisində növbəti mükafatlandırma mərasimi təşkil olunub.

 

Modern.az xəbər verir ki, “Formula-2” üzrə ikinci dəfə qaliblər mükafatlandırılıb.

 

Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Dennis Xauqer (“Prema”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Müvafiq olaraq 2-3-cü yerləri tutan Loqan Sarcent (“Karlin”) və Felipe Druqoviç (“MP Motorsport”), həmçinin 4-cü olan Yehan Daruvala (“Prema”) da kubokla mükafatlandırılıb.

 

Qeyd edək ki, dünən keçirilən sprint yarışının qalibi Frederik Vesti (“Art Grand Prix”) olub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!