Bu gün səhər saatlarında Əfqanıstanın bir sıra əyalətlərində eyni vaxtda üç partlayış olub.
Modern.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Aşvaka” agentliyi məlumat yayıb.
Bildirilib ki, partlayışlardan ikisinin hədəfi ölkədə hakimiyyətə gələn "Taliban" hərəkatının tərəfdarları olub. Qunduz əyalətində yol kənarında quraşdırılan minanın partlaması nəticəsində azı 4 mülki şəxs xəsarət alıb.
Bədəxşan əyalətinin mərkəzi Faizabad şəhərində partlayıcı qurğu "Taliban" tərəfindən təchiz edilmiş polis bölməsinin yanında işə salınıb. Kunar əyalətində radikal hərəkatın silahlılarını daşıyan avtomobil partladılıb.