Modern.az

26 yaşlı gənc yol qəzasında öldü

26 yaşlı gənc yol qəzasında öldü

Aktual

12 İyun 2022, 14:28

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1996-ci il təvəllüdlü Elvin Verdiyev xəstəxanaya aparılarkən yolda dünaysını dəyişib.

 

Sürücü 1988-ci il təvəllüdlü Anar Cəfərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər