"Aston Martin" komandasının pilotu Sebastyan Fettel Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində diqqət mərkəzinə düşüb.
Modern.az-ın məlumatına görə, 35 yaşlı təcrübəli pilot paddok ətrafında velosipedlə gəzib. 4 qat dünya çempionunun köynəyində rus dilində "dostlar" və "sülh" sözləri yazılıb.
Qeyd edək ki, "Formula 1"in əsas yarışı saat 15:00-da başlayacaq.