Modern.az

"Formula 1"də himnimizi onlar səsləndirəcək

Aktual

12 İyun 2022, 14:55

“Formula-1” üzrə Azərbaycan Qran-prisində Dövlət Himnini “Lumineux” vokal xor ansamblı oxuyacaq.

 

Modern.az-ın xəbərinə görə, az sonra ölkənin himni səsləndiriləcək.

 

Qeyd edək ki, 2016-cı ildə yaradılan “Lumineux” ansamblı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının tələbələrindən qurulub.

 

Ansambl Moskvada keçirilən 15-ci beynəlxalq uşaq-gənclərin “Zvuçit Moskva” adlı müsabiqəsində birinci yerə layiq gorülüb.

 

Ansamblın rəhbəri Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının muəllimi Barateliya Naala Raulyevnadır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!