Modern.az

"PSV" Levandovskiyə "elçi düşdü"

Aktual

12 İyun 2022, 16:05

Fransanın "PSJ" klubu "Bavariya"nın Polşalı hücumçusu Robert Levandovskini transfer etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri yazır.

 

 

Məlumata görə, parislilərin yeni müşaviri Luis Kampos 33 yaşlı hücumçunun hesabına klubun hücum xəttinin gücləndirmək fikrindədir.

 

Beləliklə, "PSJ" R. Levandovskini heyətində görmək istəyən İspaniyanın "Barselona" klubu ilə mübarizə aparmalı olacaq.

 

Xatırladaq ki, Levandovski daha əvvəl "Bavariya"dan ayrılmaq istədiyini açıqlayıb. Bundan başqa, hücumçu klubun mövsümöncəsi təlim-məşq toplanışına gəlməkdən imtina edib.

 

Polşalı hücumçunun Bundesliqa çempionu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı