Modern.az

Mcdonald's-ın adı “Dadlı - Vəssalam” oldu

Mcdonald's-ın adı “Dadlı - Vəssalam” oldu

Aktual

12 İyun 2022, 18:39

Rusiyada McDonald's-ın yeni adı "Dadlı - vəssalam" olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə şəbəkənin baş direktoru Oleq Paroyev məlumat verib.

 

McDonald's Rusiyadakı 850 restoranının fəaliyyətini martın 14-də Ukraynada xüsusi hərbi əməliyyatlar səbəbindən dayandırıb. Mayın 16-da iaşə bazarında payı 7%-ə çatan şirkət Rusiyadan çıxdığını elan edib və Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin vasitəçiliyi ilə müəssisəni rus sahibinə satıb. Alıcı iş adamı Aleksandr Qovordır.

 

Şəbəkə yeni brend və yeni menyu adları ilə fəaliyyət göstərəcək və bütün işçilər ən azı iki il “ekvivalent şərtlərlə” yerlərini qoruyacaqlar.

 

Moskva meri Sergey Sobyanin bildirib ki, yenilənmiş şəbəkədə adi McDonald's menyusu saxlanılacaq. Açılışdan bir neçə gün əvvəl yenilənmiş şəbəkə loqonu təqdim edib və reklam kampaniyasına başladığını açıqlayıb. İyunun 12-də şəbəkə Puşkinskaya meydanında flaqman McDonald's da daxil olmaqla, Moskva və regionda 15 satış məntəqəsini açıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı