Modern.az

Bakının mərkəzi yolları bu gündən açılır - YENİLƏNİB

Bakının mərkəzi yolları bu gündən açılır - YENİLƏNİB

Güncel

13 İyun 2022, 13:02

Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Modern.az-a verilən məlumata görə, 10 - 12 iyunda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.

 

Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.

 

***

“Formula 1” Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, bağlanan yollarda hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.

 

Bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edək ki, 10-12 iyun tarixlərində baş tutan Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı