Modern.az

Evdən 5000 manat oğurlandı

Evdən 5000 manat oğurlandı

Aktual

13 İyun 2022, 11:14

Bakıda evdən 5000 manat pul oğurlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə iyunun 10-da Buzovna qəsəbəsindəki evlərin birindən 5000 manat pulun oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məzahirli və K.Nağıyev müəyyən edilərək saxlanılıblar.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı