Modern.az

Kreml Putini hələ də koronavirusdan qoruyur

Kreml Putini hələ də koronavirusdan qoruyur

Aktual

13 İyun 2022, 12:14

Rusiya prezidenti Vladimir Putinin ətrafında koronavirus infeksiyası ilə bağlı təhlükəsizlik tədbirləri davam etdirilir.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, ümumilikdə Kremldə və Prezident Administrasiyasının yerləşdiyi Staraya meydanında maska ​​rejimi davam edir.


“Hələlik bizim dövlət başçısına qarşı xüsusi ehtiyat tədbirlərimiz davam edir. Məsələn, Kremldə və Staraya meydanında maska ​​rejimi hələ də qüvvədədir",- Peskov deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı