Modern.az

Türkiyədə fabrik yanır - Xəsarət alanlar var

Türkiyədə fabrik yanır - Xəsarət alanlar var

Aktual

13 İyun 2022, 15:52

 

Türkiyənin Diyarbəkir şəhərində kosmetika məhsulları fabrikində güclü yanğın başlayıb.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin sənaye bölgəsində qeydə alınıb.

 

Yanğın nəticəsində azı 10 nəfərin xəsarət aldığı deyilir. Tüstüdən zəhərlənən və xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım briqadaları cəlb olunub. Yanğınla mübaizə davam edir.

 

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı