Modern.az

Ötən günün HADİSƏLƏRİ - Qəza 2 can aldı

Ötən günün HADİSƏLƏRİ - Qəza 2 can aldı

Aktual

14 İyun 2022, 09:50

İyunun 13-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 3-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    


Rəsmi məlumata görə, narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı