Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 668 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 273, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 197, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1076, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 122 nəfərdir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 746 614, birinci doza peyvəndlərin ümumi sayı 5 351 241, ikinci doza vaksinlərin sayı 4 851 252 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 296 504, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 617 olub.
