Modern.az

“Qarabağ” Almeyda ilə müqaviləni yenilədi

“Qarabağ” Almeyda ilə müqaviləni yenilədi

Aktual

14 İyun 2022, 21:20

Ağdamın “Qarabağ” klubu futbolçusu Riçard Almeydanın müqaviləsinin müddətini uzadıb.

 

Modern.az kluba istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi daha bir komandanın formasını geyinəcək.

 

R.Almeyda Azərbaycan millisinin də üzvüdür.

 

Qeyd edək ki, 33 yaşlı futbolçu 2011-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021-ci ildə yenidən Ağdam klubuna qayıdıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər