Modern.az

Bakıda qəza: Sürücü hadisə yerində öldü

Bakıda qəza: Sürücü hadisə yerində öldü

Aktual

15 İyun 2022, 07:44

Bakıda avtomobil beton maneəyə çırpılıb.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

 

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda "Kia" markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Məmiyev Yaqub Heybət oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!