Modern.az

Qurtuluşdan zəfərə...

Qurtuluşdan zəfərə...

Aktual

14 İyun 2022, 15:06

Həyatı bütünlüklə öz xalqına həsr edilmiş bir insandan söz edilərsə, onun XX yüzilliyin görkəmli şəxsiyyəti, ictimai-siyasi xadimi və millət atası Heydər Əliyevin olduğu şəksizdir.


Ulu öndərin yolu daim aydınlığa, işıqlı sabaha uzanan bir yol olub. Uzaq mənzilli planlara, məqsədlərə hesablanmış bir anlayışın-gələcəyin insanıdır o. Heydər Əliyev dünəndir, bu gündür, gələcəkdir. Bu günün və gələcəyin insanı olmaq adi adamların işi deyil. Bu mənada görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun sözləri böyük haqq  qazanır: “Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir”.


Gələcək uzaq mənzilli planlara, məqsədlərə hesablanmış bir anlayışdır. Bu günün və gələcəyin insanı olmaq isə adi insanlara məxsus deyil. Xalqın taleyindən keçən, onun gələcəyini düşünən bir insandan gedir söhbət... O kəsdən ki, bir millətin tarixinə adı qızıl hərflərlə yazılıb... Heydər Əlirza oğlu Əliyev...


1993-cü il iyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Bu tarixin müəllifi ümummilli lider Heydər Əliyev oldu. O lider ki, hər sözündə, əməlində xalqını işıqlı sabaha aparmaq amalı, qayəsi yaşayıb həmişə.


“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.


Onun dilindən qopan hər kəlmə xalqına arxalanan, xalqına güvənən bir dövlət başçısının, millət atasının iradəsini, xarakterini ifadə edirdi. Böyük xilaskarımızın qayıdışı dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasını təmin etdi və yeni Azərbaycanın səsini çağların səsinə qatan, imzasını bütün dünyaya tanıdan bir ölkənin doğuşu oldu.


Azərbaycan iqtisadiyyatının yüksəlişi, ölkənin bütün sferalarda irəliləyişi birmənalı olaraq Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il iyunun 15-də Heydər Əliyevin qayıdışı həm də bütün tariximizin əsaslı dönüş nöqtəsidir. Bu qayıdışla itirilmiş ümidlər göyərdi,  xalqın inamı özünə qayıtdı. Bundan sonra daha böyük addımlar gerçəkləşəcək, atəşkəsə nail olan dövlət başçısı ölkənin iqtisadi qüvvəsini bərpa etmək imkanı yaradacaq, gələcək strateji planların həyata keçməsi üçün fundamental zəmin hazırlayacaqdı.


Bəşəri ideyalar, insanpərvərlik və dünyaya inteqrasiyanı dəstəkləyən, bir əsrə sığmayan böyük dahinin gördüyü işlərin miqyası o qədər genişdir ki, saymaqla bitməz. Azərbaycanın müstəqillik dövründə beynəlxalq aləmdə tanınması, iqtisadi əlaqələrin qurulması, “Əsrin müqaviləsi” onun gələcəyə hesablanmış siyasi strategiyasının çoxşaxəli qütbləridir.


Oz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıan sazişin imzalanması ilə "Yeni neft strategiyası"nın uğurla həyata keçirilməsinə başlanıldı. 


Ömür salnaməsi mənsub olduğu xalqın həyatı, gələcəyi üçün yazılmış Heydər Əliyev əsl ləyaqət nümunəsi idi. Həyatın mənası haqqında bir fikrində o, belə söyləmişdi:


“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.


Milli Qurtuluş Günündən başlanan yol uğurlu oldu. Ulu öndərin böyük arzusu Qarabağın işğaldan azad olunması, Şuşada Azərbaycan bayrağının dalğalanması idi. Bu arzu müzəffər ali baş komandanımız cənab İlhan Əliyevin səyi, uğurlu siyasəti və rəhbərliyi ilə həyata keçdi. Bu zəfər  əbədi, dönməz bir yola dəvət edən bayraqdarın-ulu öndər Heydər Əliyevin başlatdığı yolun zirvəsi, böyük əməllərin parlaq nəticəsidir.


Pərvin Əliyeva,
5 saylı “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı