İyunun 15-də saat 1 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində Yaqub Məmiyev idarə etdiyi “KİA” markalı avtomobili dairəyə vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb.
Analoji hal iyunun 13-də saat 23 radələrində Binəqədi rayonu Novxanı bağlar sahəsində qeydə alınıb.
Belə ki, M.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobili səkiyə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sərnişinlərindən biri - Fəxri Əhmədov orada ölüb.
Hazırda faktlarla bağlı Rayon Polis İdarələrində araşdırma aparılır.