Modern.az

“Internet Explorer” artıq tarixə qovuşur

“Internet Explorer” artıq tarixə qovuşur

Aktual

15 İyun 2022, 14:38

ABŞ-ın “Microsoft” şirkəti “Internet Explorer 11” brauzerini dəstəkləməyi dayandırır. IT nəhəngi bu barədə mayın 19-da qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bununla belə brauzer hələlik “Windows” əməliyyat sisteminin bəzi versiyalarında işləyəcək.

 

Şirkət qərarını onunla izah edib ki, “Microsoft”un digər layihəsi, 2015-ci ildə istifadəyə verilmiş “Edge” “Internet Explorer 11”in əsas funksiyalarına malikdir, bundan əlavə köhnə və müasir veb-saytlar, tətbiqlər üçün dəstək göstərməyə qadirdir.

 

“Microsoft Edge” bu və digər funksiyaları öz üzərinə götürə bildiyinə görə, “Internet Explorer 11”in fəaliyyəti dayandırılacaq, ona texniki dəstək isə 2022-ci il iyunun 15-də başa çatacaq”, - deyə şirkətin açıqlamasında deyilir.

 

Şirkət brauzerin fəaliyyətinin dayandırılmasından bir il əvvəl brauzerin bütün istifadəçilərinə bildiriş göndərəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı