Modern.az

“Mövqeyimiz heç bir şəkildə dəyişməyəcək” - Ərdoğan

“Mövqeyimiz heç bir şəkildə dəyişməyəcək” - Ərdoğan

Aktual

15 İyun 2022, 15:01

İsveç və Finlandiya terrorla mücadilə məsələsində qəti, nəticəli və qərarlı addımlar atana qədər mövqeyimiz heç bir şəkildə dəyişməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

 

O, Yunanıstanın Egey dənizindəki adalarda qanunsuz olaraq silahlanmasına etirazını bildirib. 

 

Bundan əlavə, Ərdoğan gündəlikdə olan digər məsələlər, eləcə də ölkə iqtisadiyyatının yüksəlişi, ixracatın artırılması istiqamətində atılan addımlar və qazanılan nəticələr, həmçinin siyasi məsələlərlə bağlı fikir və mülahizələrini bölüşüb.

 

Türkiyənin milli-dövlətçilik siyasətində atılan addımlardan söz açan Prezident diqqətə çatdırıb ki, bundan sonra milli hava yolları şirkəti beynəlxalq uçuşları “Turkish Airlines” kimi deyil “Türk Hava Yolları” adı ilə həyata keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı