Modern.az

Qəzada ölən oğlanın nişanlısı da vəfat etdi

Qəzada ölən oğlanın nişanlısı da vəfat etdi

Aktual

15 İyun 2022, 15:07

Şəkidə baş verən yol qəzasında xəsarət alan qadın dörd gün sonra müalicə aldığı xəstəxanada vəfat edib.

 

Modern.az Oxu.az-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Günel Göyüşova bu gün səhər saatlarında dünyasını dəyişib.

 

Xatırladaq ki, 11 iyun tarixində Şəkinin Aşağı Küngüt kəndində “Mercedes-Benz” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olmuş, sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

 

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olmalı imiş.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı