İranda ötən sutka ərzində 179 nəfər koronavirusa (COVID-19) yoluxub, 4 nəfər ölüb.
Modern.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.
Bununla da İranda virusdan ölənlərin sayı 141 357 nəfəri keçib, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 332 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 7,05 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,6 milyon təşkil edir.