Modern.az

Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxıldı

Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxıldı

Aktual

15 İyun 2022, 15:48

Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Qala xiyabanı küçəsinə 5 mərtəbəli binada baş verib.

 

2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov nəzarətdən kənar qaldığından 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.

 

Ağır xəsarətlər alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kritik-ağır kimi qiymətləndirirlər.

 

Uşağın Bakıdakı xəstəxanalarından birinə köçürülməsi gözlənilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı