Modern.az

Paralimpiyaçımız qızıl medal qazandı

Paralimpiyaçımız qızıl medal qazandı

Aktual

15 İyun 2022, 21:38

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 

Milli Paralimpiya Komitəsindən Modern.az-a verilən məlumata görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi 100 metr məsafəyə brass üsulu ilə üzmə növündə 1.05.66 dəqiqəlik nəticə göstərib.

 

Bununla milli komandanın yarışda qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Roman Saley 1 qızıl və 2 gümüş medal əldə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı