Modern.az

İlham Əliyev Zurabişvili ilə görüşdü

İlham Əliyev Zurabişvili ilə görüşdü

Aktual

16 İyun 2022, 13:02

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

 

Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunuldu, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edildi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər