İraqın şimalında terrorçuların hücumu nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Türkiyə ordusunun əsgəri dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“16 iyun 2022-ci il tarixində “Pəncə-Kilid” əməliyyatının baza bölgəsində terrorçular tərəfindən açılan təxribat atəşi nəticəsində qəhrəman yoldaşımız çavuş Kadir Kemik yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Lakin, bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb”, - nazirlikdən bildirilib.