2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 7 faiz və ya 159 milyon manat çox olmaqla 2 milyard 300 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, Fondun xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz və ya 108 milyon manat artaraq 2 milyard 179 milyon manat olub.
DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-may aylarında həmin daxilolmalarda 10 faiz və ya 157 milyon manat artım baş verib.