Modern.az

Ötən gün cəmi 23 nəfər peyvənd olunub

Ötən gün cəmi 23 nəfər peyvənd olunub

Aktual

16 İyun 2022, 16:36

Azərbaycanda son sutkada 23 nəfər vaksinasiya olunub.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 4, ikinci doza vaksinləri vurulmayıb. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 1 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 748 483, birinci doza peyvəndlərin ümumi sayı 5 351 549, ikinci doza vaksinlərin sayı 4 851 520 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 297 682, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 732 olub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı