Modern.az

Maduro Azərbaycana GƏLDİ

Maduro Azərbaycana GƏLDİ

Aktual

16 İyun 2022, 19:07

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Venesuela Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər