Modern.az

XİN başçısı Karen Donfrid ilə görüşdü

XİN başçısı Karen Donfrid ilə görüşdü

Aktual

16 İyun 2022, 19:18

İyunun 16-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan vəziyyət, o cümlədən post-münaqişə mərhələsində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan hökumətinin bölgədə münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandırıb.

 

Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı