Modern.az

Teymur Rəcəbov mübarizəyə başlayır

Teymur Rəcəbov mübarizəyə başlayır

Aktual

17 İyun 2022, 09:12

Bu gün İspaniyanın paytaxtı Madriddə iddiaçılar turniri start götürür.

 

Modern.az xəbər verir ki, yarışda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov da iştirak edəcək. 

 

Şahmatçımızın birinci turda rəqibi Fransanı təmsil edən Əlirza Firuzca olacaq.

 

Xatırladaq ki, 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu yarışda iştirakı alınmamışdı. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!