Modern.az

Namik Ələsgərov rəsmən “Sabah”da

Namik Ələsgərov rəsmən “Sabah”da

Aktual

17 İyun 2022, 10:34

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov komandanın uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

 

Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.

 

Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!