Modern.az

Problemlərin həlli ədalətli dünya düzəni qurmaqdan keçir

Problemlərin həlli ədalətli dünya düzəni qurmaqdan keçir

Aktual

17 İyun 2022, 11:02

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında keçirilən IX Qlobal Bakı Forumu bəşəriyyət üçün həyati əhəmiyyət daşıyan zaman kəsiyinə təsadüf etdiyi üçün tarixi önəm daşıyır və forumda müzakirə olunan məsələlər bu gün dünyanı narahat edən əsas problemlərin həlli yolları barədə yeni təşəbbüslərə və yanaşmalara zəmin yaradır.

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Prezident İlham Əliyevin Forumdakı nitqinə diqqət çəkən deputat qeyd edib ki, Azərbaycanın dövlət başçısının dünyada baş verən proseslərə baxış bucağı real mənzərə haqqında obyektiv nəticə çıxarmağa imkan verir:

 

“Cənab Prezident öz nitqində ötən forumdan keçən müddət ərzində dünyanın fundamental dəyişikliyə məruz qaldığını vurğuladı və hər bir ölkənin təhlükəsizlik tədbirləri ilə prosesə töhfə verməli olduğunu vurğuladı. Bu gün təhlükəszlik məsələləri bəşəriyyət üçün, tarixin heç bir dönəmində olmadığı kimi müstəsna əhəmiyyət kəsb edir. İndi təhlükəsizlik hər şey deməkdir – sabitlik, inkişaf, insanların rahat və firavan yaşaması və s. Daha yaxşı, daha təhlükəsiz gələcək qurmağın yolları isə qarşılıqlı faydalı əməkdaşlıqdan, problemləri açıq şəkildə müzakirə edərək onların həlli yollarını tapmaqdan keçir”.

 

Azər Kərimli Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra regionda sülh gündəliyini davam etdirməklə qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaratdığını vurğulayıb:

 

“Azərbaycanın müharibədə qalib gəldiyinə baxmayaraq, Cənubi Qafqazın və daha geniş subregionun davamlı inkişafına və təhlükəsizliyinə təminat verən yol xəritəsi ilə çıxış etməsi, müasir dünyada və bütövlükdə beynəlxalq münasibətlər sisteminin tarixində yeni yanaşmadır. Ölkəmiz bununla həm də bu gün geosiyasi maraqların qarşıdirma meydanına çevrilən dünyaya açıq və aydın mesaj verir, problemlərin həlli yollarının gələcəyi düşünməkdən və daha ədalətli dünya düzəni qurmaq üçün mücadilə aparmaqdan keçdiyini bəyan edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı