Modern.az

Paşinyan Patruşevlə görüşdü

Paşinyan Patruşevlə görüşdü

Aktual

17 İyun 2022, 14:18

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin Təhlükəsizlik şuralarının katibləri ilə görüşüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tədbirdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də iştirak edib.

"Görüşdə KTMT-nin məsuliyyət daşıdığı regionda sabitliyin möhkəmləndirilməsi məqsədilə təşkilat çərçivəsində ölkələr arasında qarşılıqlı fəaliyyətin yüksək əhəmiyyəti vurğulanıb", - Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının açıqlamasında qeyd edilib.

Tərəflər böhrana cavab mexanizmlərinin effektivliyinin artırılmasına xüsusi diqqət yetiriblər.

Qeyd edək ki, İrəvanda keçirilən iclasa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə KTMT-nin baş katibi Stanislav Zas iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı