Modern.az

Prezident Cəbrayıldakı mina partlayışından DANIŞDI

Prezident Cəbrayıldakı mina partlayışından DANIŞDI

Aktual

17 İyun 2022, 17:00

Azərbaycan böyük mina problemi ilə üzləşib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İyunun 17-də BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edərkən deyib.

 

Dövlət başçısı 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxsin mina hadisələri nəticəsində həlak olduğunu və ya xəsarət aldığını, bu gün daha bir analoji hadisənin baş verdiyini bildirib.

 

Qeyd edək ki, bu gün Cəbrayıl rayonu ərazisində mina partlaması nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bir neçə əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı