Modern.az

Hikmət Hacıyev İran səfirilə GÖRÜŞDÜ

Hikmət Hacıyev İran səfirilə GÖRÜŞDÜ

Aktual

17 İyun 2022, 20:34

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Abbas Musəvi tvitter hesabında məlumat paylaşıb.

 

“Bu gün mən Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevlə görüşdüm. Görüşdə iki qardaş ölkənin münasibətlərindəki son hadisələr müzakirə edildi. İran və Azərbaycan arasında əlaqələrin daha da inkişafı və dərinləşdirilməsi gündəmdədir” , - deyə paylaşımda qeyd olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı