Modern.az

Nənə xəstə nəvəsini diləndirir

Nənə xəstə nəvəsini diləndirir

Aktual

18 İyun 2022, 15:07

Bərdədə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib.

 

K.Ağazadə qeyd edib ki, uşağa DSP diaqnozu qoyulub və o, buna görə müavinət alır. Ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı