Kolumbiyada ilk dəfə solçu senator Qustavo Petro prezident seçilib.
Modern.az xəbər verir ki, iyunun 19-da Kolumbiyada prezident seçkilərinin ikinci turu keçirilib.
Vətəndaşlar solçu Tarixi Pakt koalisiyasının namizədi Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim edib.
Seçkilərin nəticələrinə əsasən, 50,69 faiz səslə Qustavo Petro Kolumbiyanın prezidenti seçilib. O, Kolumbiya tarixində ilk solçu prezident olub. Rodolfo Hernandes seçicilərin 47,04 faizinin səsini toplayıb.