Bu gün İstanbul şəhərində “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı?” mövzusunda Qlobal Parlament Konfransı keçirilir.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.
Tədbirin əsas müzakirə mövzuları siyasi dialoq, demokratiya, parlament fəaliyyəti vasitəsilə sülhün təmin edilməsi, gender bərabərliyi, təhlükəsiz miqrasiya, real miqrasiya problemləridir.
İki günlük konfrans zamanı Sahibə Qafarovanın türkiyəli həmkarı Mustafa Şentop və digər iştirakçı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri planlaşdırılır.