Modern.az

İraqda vəbaya yoluxma AŞKARLANDI

İraqda vəbaya yoluxma AŞKARLANDI

Aktual

20 İyun 2022, 19:22

İraqın şimalında yerləşən Süleyamaniyyə əyalətində vəbaya yoluxma halı aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, xəstəlik azı 13 nəfərdə aşkarlanıb. Bundan başqa, xəstəliyin simptomlarını daşıyan daha çox xəstənin olduğu müəyyən edilib.

 

İraqda sonuncu dəfə 2015-ci ildə vəba infeksiyası yayılmışdı. O zaman təmiz içməli su çatışmazlığı ilə əlaqədar 2 mindən çox şəxs vəbaya yoluxmuşdu. 2007-ci ildə ölkədə 7 mindən çox yoluxma qeydə alınmış, 10 nəfər vəfat etmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı