Modern.az

Ana doğuşdan iki gün sonra öldü

Ana doğuşdan iki gün sonra öldü

Aktual

20 İyun 2022, 22:40

Gəncədə ana doğuşdan sonra ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzinə qeydə alınıb. Belə ki, Şəmkir rayon Mahmudlu kənd sakini 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə gətrilib.

 

Ana qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib. 37 yaşlı qadına göstərilən tibbi yardımlara baxmayaraq, bu gün dünyasını dəyişib. Körpənin vəziyyətinin normal olduğu bildirilir.

 

Qeyd edək ki, bu qadının ikinci doğuşu olub. Ölümün baş vermə səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı