Modern.az

“Lex” – “Qarabağ” oyunu ispanlara tapşırıldı

“Lex” – “Qarabağ” oyunu ispanlara tapşırıldı

Aktual

21 İyun 2022, 12:42

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Lex” (Polşa) – “Qarabağ” oyununu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

 

Modern.az AFFA-nın saytına istinadla xəbər verir ki, oyunun baş hakimi Xose Luis Munuera olacaq. Ona həmyerliləri Pau Sebrian Devis və Antonio Ramon Martines Moreno kömək edəcəklər. Dördüncü hakim funksiyasını Xorxe Figeroa Vaskes yerinə yetirəcək.

 

İyulun 5-də Polşanın Poznan şəhərindək eyniadlı stadionda keçiriləcək matç saat 22:00-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər