Modern.az

Makron Baş nazirin istefasını qəbul etmədi

Makron Baş nazirin istefasını qəbul etmədi

Aktual

21 İyun 2022, 13:30

Fransada keçirilən ikinci tur seçkilərdə Prezident Emmanuel Makronun partiyasının parlamentdə mütləq çoxluğu itirməsindən sonra Fransanın Baş naziri Elizabet Borne vəzifəsindən getmək istədiyini bildirib. O, istefa ərizəsini ölkə rəhbərinə təqdim edib.

 

Modern.az xəbər verir ki, Makron onun istefasını qəbul etməyib.

 

Elizabet Borne mayın 16-da Baş nazir təyin edilib. O, Fransa tarixində ikinci qadın Baş nazir olub.

 

Qeyd edək ki, Fransada keçirilən ümumi seçkilərin ikinci turunda hökumət son 30 ildə ilk dəfə parlamentdə mütləq çoxluğu təmin edə bilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı