Modern.az

21 nəfər yoluxdu - Ölən yoxdur

21 nəfər yoluxdu - Ölən yoxdur

Aktual

21 İyun 2022, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 793 036 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 181 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib, aktiv xəstə sayı 139 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 646, hazırkı dövrədək isə 6 942 791 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı