ABŞ-a məxsus sərnişin təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş edərkən yanıb.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hadisə zamanı təyyarənin göyərtəsində 126 nəfər olub.
Məlumata görə, eniş zamanı təyyarənin ön şassisi qırılıb, daha sonra yanğın başlayıb. Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib. Alovun qarşısı alınıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.